Ölkədən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib. O bildirib ki, həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.