
“Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olan hərbçilərin övladları üçün “Mən Atamın Davamçısıyam” adlı layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanları yenidən anmaq, şəhidlərimizin övladlarına xalqın sevgisini göstərməkdir. Layihə boyunca uşaqlara aktyor sənətini aşılamaqla, onlarda əməkdaşlıq, səmərəli ünsiyyət qurma kimi vərdişlərin, tənqidi təfəkkürün formalaşdırılması nəzərdə tutulub.
Layihə çərçivəsində şəhid olmuş hərbçilərin övladlarına ödənişsiz olaraq 3 aylıq aktyor sənətinin əsasları öyrədiləcək, onların iştirakı ilə “Mən Atamın Davamçısıyam” adlı tamaşa qurulacaq.
Təşəbbüsün şəhid övladları üçün mütəmadi keçirilməsi, uşaqların aktyorluq qabiliyyətinə görə seçilməsi planlaşdırılır. Layihəyə iyulun 10-dək 7-13 yaş arasında olan şəhid övladları müraciət edə bilərlər.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









