Azərbaycanın müstəqil xəbər portalı olan MediaGroup.az 2015-ci il, aprelin 22-sində yaradılıb. Azərbaycanda, eləcə də dünyada baş verən yenilikləri öz oxucularına çatdırmağı qarşısına məqsəd qoyan Mediagroup.az portalının baş redaktoru Azər Ağayevdir. Xəbər portalı gündəlik xəbərlərlə yanaşı , video, foto görüntülər, aylıq və rüblük təhlillər təqdim edir.
Həmçinin portalda gənc jurnalistlərin hazırladığı verilişlərə, eləcə də apardıqları sorğulara saytın video bölməsindən baxa bilərsiniz. 14 nəfər işçi qrupu ilə fəaliyyətə başlayan mediagroup.az saytı gündəlik xəbər bülleteni ilə daim xidmətinizdədir. Xəbər bizdən, seçim sizdən.