Parlamentdə “Azərbaycan ilə Türkiyə Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, sənəd Milli Məclisin noyabrın 15-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.
Xatırladaq ki, Saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.