Milli Məclis 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin mayın 27-də keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Qeyd edib ki, Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclisin adından təbrik məktubunun göndərilməsi təklif olunub.
Təklif deputatlar tərəfindən alqışlarla qarşılanıb.