Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin Milli Məclisin inzibati binasının foyesində ucaldılmış abidəsi önündə anım mərasimi keçirilib.
Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Fəzail İbrahimli və Adil Əliyev Ulu Öndərin abidəsi önünə əklil qoyaraq Ümummilli Liderə dərin ehtiramlarını ifadə ediblər.
Sonra parlamentin komitə sədrləri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və İşlər İdarəsinin müdiri abidənin qarşısına qızıl güllər düzüb, Ulu Öndərin xatirəsini yad ediblər.