Azərbaycan Milli Məclisinin nümayəndə heyəti sentyabrın 11-də Ankarada Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan parlamentinin Sədri Sahibə Qafarovanın adından Anıtqəbrin önünə əklil qoyulub.
Milli Məclisin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara