![](https://1905.az/wp-content/uploads/2017/12/milli-meclis-14.jpg)
Milli Məclisin martın 16-da keçiriləcək növbəti plenar iclasının gündəliyində dəyişiklik edilib.
AZƏRTAC verir ki, plenar iclasın gündəliyində 2 məsələ müzakirə olunacaq. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək.
Milli Məclisin üzvləri həm də Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında məsələyə baxacaqlar.