Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün aprelin 27-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nizami Cəfərov, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sədaqət Vəliyeva, Anar Məmmədov və digər rəsmi şəxslər daxildir.
Ankara şəhərinin Esenboğa Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Hüquq komissiyasının sədri Erol Kaya, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Türk Dövlətləri Parlament Assambleyasının iclasında çıxışı gözlənilir.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









