Milli Məclisin yaz sessiyasında 13 plenar iclas keçirilib, 70 qanun və qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 31-də keçirilən yax sessiyasının sonuncu iclasında deyib.
Sahibə Qafarova qeyd edib ki, Milli Məclis yaz sessiyasının iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının və digər qurumların hesabatı, məruzə və məlumatları dinlənilib. Həmçinin parlamentin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində tədbirlər görülüb.
Milli Məclisin sədri bildirib ki, sessiya ərzində 95 deputat 28 ölkəyə 50-dən çox səfər edib.Milli Məclisin sədri 6 ölkəyə rəsmi, bir ölkəyə isə işgüzar səfər həyata keçirib və bu səfərlərdə 30-a yaxın deputat iştirak edib.