
Hələ Mir Möhsün Nəvvabın adını daşıyan muzeyin yaranmamışdan 9 il öncə – “Şuşa” qəzetinin 1981-ci il 15 avqust tarixli sayında böyük sənətkarın xatirə muzeyinin hazırlandığı qeyd olunub. Yazıda bildirilib ki, M.M. Nəvvabın yaşamış olduğu binada şair-rəssamın özü tərəfindən çəkilmiş, müxtəlif movzularda işlənmiş lövhələr bərpaçı-rəssamlar tərəfindən yenidən işlənib öz əvvəlki görkəminə salınır. Bina bərpadan sonra görkəmli şairin ev muzeyinə çevriləcəkdir.
Muzey isə naməlum səbəblərdən xeyli illər sonra – 1990-cı ilin noyabr ayında Mir Mövsün Nəvvabın vaxtilə yaşadığı mənzildə ev muzeyi statusunda fəaliyyətə başlayıb.
Ev muzeyinin ilk direktoru Xuraman Ağayeva olub. Muzeydə Mir Möhsün Nəvvabın həyat və yaradıcılığından bəhs edən 130 eksponat sərgilənirdi. Eksponatlar içərisində sənətkara məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri var idi.
Muzeydə M. M Nəvvabın çapçılıq fəaliyyətini isbatlayan eksponatlar da sərgilənirdi.
“Şuşa” qəzetində Mədəni- Maarif Məktəbinin müəllimi Ə.Nəcəfov həmin eksponatlarla bağlı nümunələrdən, o cümlədən sənətşünaslıq doktoru N.Miklaşevskayadan sitat gətirərək qeyd etmişdi:
– M.M Nəvvabın çapçılıq fəaliyyətindən bəhs edərkən sənətşünaslıq doktoru N.Miklaşevskaya yazır: Əgər M.M. Nəvvabın çapçılıq fəaliyyətini ciddi öyrənib onun bu sahədəki bütün işini dərindən təhlil edən olarsa, bəlkə də belə bir nəticəyə gələrik ki, Azərbaycanın ilk çapçısı Mir Möhsün Nəvvabdır”.
Hazırda muzey fəaliyyət gostrərmir.
Muzey ekponatları isə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində həm muzeyin binası və iki yüzə yaxın eksponatı məhv edilmişdir.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









