Rusiya Cənubi Qafqazda “3+3” platforması çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
O deyib: “İnanırıq ki, “3+3” platforması etimad quruculuğu tədbirləri, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə apara bilər”.
Səfir vurğulayıb ki, Gürcüstanın “3+3” formatında keçirilən görüşdə iştirakı çətin olsa da, onlar üçün qapı hər zaman acıqdır. “Hesab edirəm ki, Gürcüstan bu formatın faydalılığını qiymətləndirərək, “3+3” formatına qoşulacaq. Növbəti görüş təyin olunub”, – deyə rusiyalı diplomat bildirib.
Xatırladaq ki, 2021-ci ilin dekabrın 10-da Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “3+3” formatında qapalı görüş keçirilib.