Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda qeyd olunub ki, hazırda hadisənin səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.