Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 22-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər mövzularda fikir mübadiləsi aparılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva