
Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun müzəffər Milli Ordumuzun tarixi zəfəri münasibətilə “Twitter” sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.
Nazir yazıb: “Dövlət Bayrağı Günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayraqla məsud yaşa AZƏRBAYCAN!”
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara