
Noyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovla görüşüb.
Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.