Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.