 Az qala 24 il bundan əvvəl, 1989-cu ilin yayında ABŞ-ın nüfuzlu National Interest jurnalında Fukuyama soyadlı müəllifin “Tarixin sonu?” adlı məqaləsi işıq üzü gördü və dərhal böyük rezonansa səbəb oldu. Az sonra müəllifin çox böyük qonorar müqabilində məqalənin davamı sayıla biləcək kitab üzərində işləməyə razılıq verdiyi haqda xəbər yayıldı. Cəmi 3 il sonra, 1992-ci ildə  “Tarixin sonu və sonuncu insan” kitabı çıxdı. Bu gün bütün dünyada tanınan məşhur Amerika siyasi iqtisadçısı, futuroloqu və filosofu Frensis Fukuyama həmin ildə ömrünün beşinci onilliynə qədəm qoyub.
Az qala 24 il bundan əvvəl, 1989-cu ilin yayında ABŞ-ın nüfuzlu National Interest jurnalında Fukuyama soyadlı müəllifin “Tarixin sonu?” adlı məqaləsi işıq üzü gördü və dərhal böyük rezonansa səbəb oldu. Az sonra müəllifin çox böyük qonorar müqabilində məqalənin davamı sayıla biləcək kitab üzərində işləməyə razılıq verdiyi haqda xəbər yayıldı. Cəmi 3 il sonra, 1992-ci ildə  “Tarixin sonu və sonuncu insan” kitabı çıxdı. Bu gün bütün dünyada tanınan məşhur Amerika siyasi iqtisadçısı, futuroloqu və filosofu Frensis Fukuyama həmin ildə ömrünün beşinci onilliynə qədəm qoyub.
Təxminən 20 il bundan əvvəl, 1993-cü ilin yayında ABŞ-ın Foreign Policy jurnalında məşhur Semuel Hantinqtonun “Sivilizasiyaların toqquşması?” məqaləsi dərc edildi. Oxucular müəllifin eyni adlı kitabı ilə 1996-cı ildə tanış olmaq imkanı qazandılar. O zaman Hantinqtonun 69 yaşı vardı.
İndi Fukuyamanın 60 yaşı var. Hantinqton 4 il bundan əvvəl 81 yaşında vəfat edib.
İstərsə tarixin sonunun gəlib çatması, istərsə də sivilizasiyaların münaqişələrə məhkum edilmələri haqda nəzəriyyələr son 20 il ərzində lazım ola biləcəyindən də çox müzakirə olunub. Və deyəsən nəzəriyyələrin heç biri özünü doğrultmayıb.
SSRİ-nin dağılması ilə tarixin sonu yetişmədi. Kommunizmin məğlubiyyəti liberal-demokratik dəyərlərin qəti qələbəsi sayıla bilməz. Elə deyilmi?
Sivilizasiyaların toqquşması ilə bağlı mülahizələr indi də məntiqəuyğun səslənir. Amma tutaq ki, qanın su yerinə axdığı Suriyada toqquşan tərəflər müxtəlif sivilizasiyaları təmsil etmirlər axı? Olmaya orada da, başqa yerlərdə olduğu kimi kj“seyid Əhmədin əli”ndən istifadə edilir?
Bu sualları cavablandırmaq da, hazırda baş verənləri Fukuyamanın, ya da Hantinqtonun nəzəriyyələrinə uyğunlaşdırmaq da çətindir. Heç bununla məşğul olmağa da dəyməz. Görünür, bu gün baş verənləri – güclənən Çini, Amerikanın liderliyi ilə barışmaq istəməyən Rusiyanı, Latın Amerikasında çeşidli müqavimət hərəkatlarını, Əfqanıstan və iraqda şübhə doğurmayan uğursuzluqları, qlobal maliyyə böhranını, dolların beynəlxalq ehtiyat valyuta kimi zəifləməsini və daha nələri izah edən nəzəriyyələr hələ bundan sonra hazırlanacaq.
Politoloqları tələsdirməyə dəyməz.
Axı onlar adətən politoloq olmayanlar qədər məlumatlı olurlar.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
11 fevral 2013-cü ildə www.avciya.az portalında dərc edilib
http://avciya.az/az/300-soz/24770-n-fukuyama-haql-xd-n-d-hantnqton.html










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

