Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə davam edən səfəri zamanı Müdafiə nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb.
Bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə naziri general-polkovnik Zakir Həsənova müasir qurğuların tətbiqi ilə qarşı tərəfi daimi və fasiləsiz müşahidə edən sistemin fəaliyyəti, onun atəş sistemi ilə əlaqəsi, eləcə də istehkam maneələrinin təkmilləşdirilməsi barədə məruzə edilib.
Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyəti bayram münasibətilə təbrik edən nazir, hərbi qulluqçuların vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladaraq, onlara işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmalarını bildirib.
http://mod.gov.az/az/news/on-xetde-yerlesen-bolmelerde-mudafienin-teskili-yoxlanilib-18037.html


















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









