
Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, elm və təhsil naziri Emin Əmrullayev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılovun çıxışları nəzərdə tutulur.
Konfransda Azərbaycan dilinin qorunması və inkişafı, ədəbi dil normaları və milli toponimlərin mühafizəsi ilə bağlı məsələlər müzakirə olunacaq.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









