Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda martın 26-da “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəydiyi qeyd olunub.
Hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə tapşırıq verilib. Nazirlər Kabinetinə, həmçinin görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









