Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirin əhəmiyyətinə toxunuldu.
Ruslan Auşev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərindən məmnunluqla danışdı və Ulu Öndərin xatirəsini daim yad etdiyini bildirdi.
Prezident İlham Əliyev Ruslan Auşevin Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi və onun Ulu Öndərin xatirəsi ilə bağlı dediyi xoş sözlərə görə təşəkkürünü bildirdi.
Ruslan Auşev Bakıda gördüyü inkişaf proseslərinin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını vurğuladı, onların bu tədbirdə iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəldiklərini dedi.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









