
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Marius Vizeri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək, Beynəlxalq Cüdo Federasiyasının Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyi qeyd etdi.
Prezident İlham Əliyev cüdoçularımızın əldə etdikləri son nailiyyətlərdən danışdı, onların beynəlxalq turnirlərdə daha uğurla iştirak etdiklərini vurğuladı, Azərbaycan Cüdo Federasiyasındakı dəyişikliklərə toxundu.
Dövlətimizin başçısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən ölkəmizdə idmanın bu növü ilə bağlı verilən tövsiyələrin önəmini vurğulayaraq, bunun Azərbaycanda cüdonun inkişafına, xüsusilə gənc nəslin bu idman növünə marağının artırılmasına xidmət etdiyini bildirdi.
Qonaq ölkəmizin Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğunu məmnunluqla qeyd etdi və uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi. Marius Vizer Azərbaycanda cüdonun inkişafına göstərilən diqqəti yüksək qiymətləndirdi.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









