
Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir nəfər 1-ci dərəcəli “Əmək” ordeni ilə, on nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 137 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə 26 nəfər “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Bundan başqa, Azərbaycanda milli mətbuatın inkişafı sahəsində xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









