
Prezident İlham Əliyev Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin dövlət başçısı xanım Dina Ersilia Boluarte Zeqarrayı və Peru xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda qeyd edilib: “İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir”.
Dövlətimizin başçısı bu xoş gündə Dina Ersilia Boluarte Zeqarraya möhkəm cansağlığı, işlərində uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıb.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









