2022-2023-cü illər ərzində ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən ev təsərrüfatına baxış keçirilib və məlumatları təhlil edilib. Qeyd olunan məlumatlar əsasında seçki siyahılarının dəqiqləşdirilməsi işi də aparılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib.
Prezidentin köməkçisi bildirib ki, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik şəxslərin sayı 1 milyon 143 min 620 nəfər və ya 22.1 faiz artıb. 2023-cü il dekabrın 9-a olan göstəricilərə əsasən ölkədə səsvermə hüququna malik 6 milyon 324 min 556 şəxs var. Seçki siyahısının artması bir sıra daxili və xarici miqrasiya ilə əlaqələndirilir.