Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 43 əməkdaşı təltif olunub. Xidmətin əməkdaşlarından 5 nəfər “Vətən uğrunda”, 9 nəfər “İgidliyə görə”, 29 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.