Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən martın 13-14-də keçirilən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə Forumunda iştirak edir.
Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildirilib ki, sülhpərvər və inklüziv inkişafın təşviqinə xidmət edən 16-cı dayanıqlı inkişaf məqsədinin yerinə yetirilməsinə həsr olunmuş paneldə çıxış edən Ramil Həsən sözügedən dayanıqlı inkişaf məqsədinin yerinə yetirilməsində əsas çətinliklərdən olan köçkünlük probleminə toxunub. Ermənistanın öz ərazisindən 300 min olmaqla ümumilikdə bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması haqqında məlumat verən İcma nümayəndəsi bu ölkənin 16-cı dayanıqlı inkişaf məqsədinin əsas hədəfi olan sülhpərvər və inklüziv cəmiyyət quruculuğundan çox uzaq olduğunu bildirib.
Ramil Həsən Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şərait yaradılmasının beynəlxalq insan hüquqlarının bir tələbi olmaqla bərabər, bölgədə dayanıqlı inkişafa və sülhə xidmət edən mühüm amal olduğunu vurğulayıb və beynəlxalq ictimaiyyəti bu məsələyə dəstək verməyə çağırıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









