Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun adına XXVIII turda aydınlıq gəlib.
“Qarabağ” mövsümün sonuna 8 tur qalmış qızıl medalları təmin edib. Buna “Kəpəz”lə səfər oyununda qazanılan qələbə səbəb olub – 1:6.
İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib.
Qeyd edək ki, ümumilikdə 8 komanda bu titula sahib çıxıb. “Qarabağ”dan başqa, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.
Azərbaycan çempionları:
1992. “Neftçi” (Bakı)
1993. “Qarabağ” (Ağdam)
1993-1994. “Turan” (Tovuz)
1994-1995. “Kəpəz” (Gəncə)
1995-1996. “Neftçi” (Bakı)
1996-1997. “Neftçi” (Bakı)
1997-1998. “Kəpəz” (Gəncə)
1998-1999. “Kəpəz” (Gəncə)
1999-2000. “Şəmkir”
2000-2001. “Şəmkir”
2001-2002. Yarımçıq qalıb
2002-2003. Keçirilməyib
2003-2004. “Neftçi” (Bakı)
2004-2005. “Neftçi” (Bakı)
2005-2006. “Bakı”
2006-2007. “Xəzər Lənkəran”
2007-2008. “İnter” (Bakı)
2008-2009. “Bakı”
2009-2010. “İnter” (Bakı)
2010-2011. “Neftçi” (Bakı)
2011-2012. “Neftçi” (Bakı)
2012-2013. “Neftçi” (Bakı)
2013-2014. “Qarabağ” (Ağdam)
2014-2015. “Qarabağ” (Ağdam)
2015-2016. “Qarabağ” (Ağdam)
2016-2017. “Qarabağ” (Ağdam)
2017-2018. “Qarabağ” (Ağdam)
2018-2019. “Qarabağ” (Ağdam)
2019-2020. “Qarabağ” (Ağdam)
2020-2021. “Neftçi” (Bakı)
2021-2022. “Qarabağ” (Ağdam)
2022-2023. “Qarabağ” (Ağdam)
2023-2024. “Qarabağ” (Ağdam)