
Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata əsasən, Qarabağ Universitetinə qəbul olanlar arasında yüksək akademik göstəricilərə malik tələbələrin sayı əvvəlki illə müqayisədə artıb. Bu il 600-dən yuxarı bal toplayan 127 nəfər Qarabağ Universitetinin tələbəsi adını qazanıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Keçən il bu göstərici 101 nəfər olub.