
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, onun dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qədim və müasir el havalarının öyrənilməsi və qorunması və bu işlərin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.
Müsabiqənin 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə 18-20 yaşarası gənclərin də qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak etmək və həmin nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim etmək olar. Videoçarx 3 dəqiqədən çox olmamalıdır.
Yarışmaya qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə dekabrın 30-dək [email protected] elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlamaq olar.
Qaliblər 2021-ci ilin mart ayında elan olunacaq. Onlar diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









