Təqribən 2 ay bundan əvvəl jurnalist Fuad Babayev sosial şəbəkədə Qubadakı Xanəgah kənd məscidinin fotolarını paylaşdı. Bundan sonra müxtəlif saytlarda dağılmaqda olan abidənin durumu haqqında yazılar dərc edildi. Şəkillərin müəllifi ilə biz də əlaqə saxladıq. Fuad Babayev bunları söylədi:
“Abidə sadəcə olaraq dağılır. Özü də XIX əsrdə inşa edilmiş, 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunu ilə mühafizə olunan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alınmış abidə.
Tikilinin vəziyyəti acınacaqlıdır. “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Faiq İsmayilov abidənin fotolarını gördükdən sonra azpress.az saytında məqalə ilə çıxış etdi. Və bu yazıda Xanəgah məscidinin ömrünün son dövrünü yaşadığını bildirdi. Ekspert tikilinin təcili konservasiya olunmasının vacibliyinı önə çəkərək qeyd etdi ki, bu barədə yerli icra strukturları, Mədəniyyət Nazirliyi, Azərbərpa Layihə İnstitutu qərar qəbul etməlidir.”
Sözünün sonunda həmkarımız bizdən Xanəgah kənd məscidinin şəkillərini bir daha paylaşmağımızı xahiş etdi.
News12.az
Material ilk dəfə 20.08.2018-ci il tarixdə dərc olunub
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









