
Qubada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil olunan “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman), Qərbi Azərbaycan İcmasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi anılıb.
Ombudsman Səbinə Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəsmi şəxslərin iştirak etdiyi konfrans Qubadakı Heydər Əliyev Mərkəzində təşkil olunub.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









