Türkiyə Azərbaycanla tammiqyaslı dövlətlərarası müqavilə imzalamaq niyyətindədir.
AZƏRTAC TRT Haber telekanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu İstanbulda çıxışı zamanı deyib.
“NATO sammitindən sonra biz Azərbaycana gedəcək, əvvəlcə Füzuliyə səfər edəcəyik. Sonra qardaşım İlham Əliyevlə Şuşaya gedərək, orada ölkələrimiz arasında müqavilə imzalayacağıq. Bu, Türkiyə və Azərbaycan arasında tammiqyaslı bir saziş olacaq”, – deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Xatırladaq ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri iyunun14-16-na planlaşdırılır. Rəcəb Tayyib Ərdoğan səfəri çərçivəsində Bakı Olimpiya stadionunda Türkiyə-Uels matçını da izləyəcək.