..İrəvan şəhəri təkcə şərq mənbələrində deyil, eyni zamanda orta əsr rus arxivlərində çox zaman “Rəvan” adlandırılırdı. Bu da təsadüf deyildi.
Şəhər XVI əsrin əvvəllərində dağlarla əhatə olunmuş rəvan yerdə-düzənlik salındığı üçün “Rəvan” adlandırılmışdır. Məlum olduğu kimi həmin bölgədə yaşayan azərbaycanlılar “r” hərfinin əvvəlinə “i” hərfi əlavə edirlər. Məsələn, Rza-İrza, rahat-irahat, “rəhmin gəlsin”-“irəhmin gəlsin” və s. “Rəvan” sözünün əvvəlinə “i” hərfi əlavə olunaraq “İrəvan” adı əmələ gəlmişdir. Sonralar ermənilər azərbaycanca səslənməsin deyə, bu adı “Yerevan” və “Erivan” çağırmışlar.
Yeri gəlmişkən onu da qeyd edək ki, erməni alimlərinin Şərq –müsəlman adlarını “erməniləşdirmələri” onlarda bir peşə olmuşdur. XVIII əsrin birinci yarısında İrəvan şəhəri Osmanlı əsgərləri tərəfindən zəbt edilmişdir. Osmanlılar 1723-cü ildən 1735-ci ilə qədər şəhəri öz əllərində saxlamışlar.
1735-ci ildə İrəvan qalası Nadir şahın sərbəzları tərəfindən zəbt olunarkən qarətı məruz qalmışdır. İran qoşunları ermənilərin “Məkkə” si sayılan “Üç kilsə” monastına katolikosdan “hədiyyə” almış Nadir şahın göstərişinə əsasən toxunmağa cürət etməmişdilər. İrəvan şəhəri 1795-ci ildə İrəvan hökmdarı Ağa Məhəmməd xanın qoşunlar, 1827-ci ildə rus qoşunları tərəfindən işğal olunmuşdur.
Xanlıq dövründə mərkəz şəhər olan İrəvan yaşıllıqlara qərq olunmuşdur. Qalanın ətrafında şərq üslubunda ucaldılmış dairəvi hasarın uzunluğu 28 verstə bərabər idi. Qala divarı Zəngişay körpüsü, Dəmirbulaq məhəlləsi, Abbasdarı, Köşəli, Abaqayat, Qarabağ, Zokalqala adlanan adlanan yerlıərdən keçərək Zəngfi çayı tərəfə dönüb bir dairə yaradırdı. Qala daxilindəki sahənin əsasən hissəsini bağlar təşkil edirdi. İrəvan qalası inzibatl cəhətdən üç məhəlləyə bölünürdü: Şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. Şəhər məhəlləsi ən geniş sahəni tuturdu. Topbaşı məhəlləsi qalanın qərb, Dəmirbulaq məhəlləsi isə qalanın cənub-qərb hissələrini əhatə edirdi. İrəvan su cəhətdən təminatına görə Azərbaycannın digər şəhərlərindən fərqlənirdi. Şirin sulu Qırxbulaq çayı Abbasdərə, Şəhər, Dəmir bulağı və Xosrovabad sahələrdəki bağları suvararaq Zəngi çayına xırdı.
İlk baxışda İrəvan qalası nəzərəçarpacaq heç bir təsir bağışlamırdı. Bu şəhərin xaraixi görünüşü adi şərq şəhərlərindən fərqlənmirdi. Burada da küçəlıər dar və əyri-üyrü idi. Qala daxilindəki evlər hasarlarla əhatə olunurdu. Şəhərin mərkəzlərində axan çaylardan həyətlərə su çəkilmişdi. Həyətlər əsasən, ev və ya həyətyanı bağlardan ibarət idi. Evlərin pəncərləri hündürdə tikilirdi ki, içəriyə baxan olmasın və həmçinin otaqdan keçəni, bayırı görə bilməsinlər, qonşuluq da evdə olmasın.
İrəvan şəhərində 8 məscid müsəlmanlara xidmət edirdi. Şəhərə ictimai müəssisələr az idi. Hər bir məscidin öz məktəbi var idi. Hüseyn Əli xan məscidində 200 şagird təhsil alırdı. İrəvanda Şəhər və Topbaşı məhəllərləri arasında bazar yerləşirdi. Burada karvansara, tacir və səntkar dükanları var idi. Ümumiyyətlə, qala daxilində yeddi karvansara mövcud idi.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan iqtisadi və siyası pərakəndəlik İrəvan şəhərinin də inkişafına öz mənfi təsirini göstərmişdir. Bu təsir o qədər böyek olmuşdur ki, şəhər rus qoşunları tərəfindən işğal edildikdən (1827) sonra da uzun müddət öz simasını dəyişdirə bilməmiş, feodal şəhəri olaraq qalmışdı. Öyrəndiyimiz dövrdə şəhər möhtəşəm bina və abidləri ilə fərqlənmirdi. “Xan sarayı”ndan başqa, demək olar ki, burada evlərin əksərittəi birmərtəbəli, damları isə yastı idi. Şəhər evlərinin çoxu daş və palıçıqla hörülmüş hündür hasarlarla əhatə olunmuşdur .
1795-ci ildə İran kökmdarı Ağa Məhəmməd xanın Azərbaycana birinci yürüşü zamanı irəvanlılar düşmənə ciddi müqavimət göstərə bilməmişdilər. Sərbazlar şəhəri dağıdaraq əhalinin bir qismini İrana köçürmüşdülər. Bu hadisəsədn dsonra İrəvan əhalisinin sayı kəskin şəkildə azalmışdı. Birinci və ikinci Rusiya-İran müharibələri dövründə şəhər güclü dağıntıya məəruz qalmışdı. Təkcə bunu qeyd etmək kifayətdir ki, XVII əsrin axırlarına nisbətən XIX əsrin əvvəllərində İrəvan şəhərinin cəmi bir neçə yüz evi var idi.
İ. Şopen şəhərin xarici görünüşünü obrazlı şəkildə ifadə edərək yazmışdır: “Buranın görünşü qəddarlıqla zəbt edilmiş şəhəri xatırladır. Şəhərdəki dəhşətli dağıntılar nəticəsində uçurulmuş evlər, ensiz dar küçələr cəhənnəmi andırır. Bəzi yerlərdə palçıqdan hörülmüş divarların qalıqları üzrənidə quşlar yuva salmışdı”.
Başqa bir mənbələrdə də təxminən belə bir ifadələrə rast gəlirik: “İrəvanın xarıcı görünüşü İran şəhərlərini xatırladır. Bütün evlər birmərtəbəlidir. Hündür palçıq divarla əhatə olunmuşdur. Küçələr dar, əyri və natəmiz olduğundan şəhər həddindən artıq miskin görünür. Küçələri əyri olduğundan nə qədər gəzsən də, hündür divarlardan başqa heç nə görməzsən. Meşə olmadığndan evlərin hamısı palçıqdan hazırlanmış kərpiclərdən hörülmüşdür. Ümumiyyətlə, burada ağacdan tikilmiş evlərə rast gəlmək mümkün deyil”.
Şəhərin mərkəzində dördkünc şəkildə bazar var idi. Bu bazarda üç karvansara yerləşirdi. Dükanların hamısı demək olar ki, bazarda mərkəzləşmişdi. Burada adi və memarlıq baxımından sadə, Asiya üslubundan tikilmiş dörd məscid var idi. XIX əsrin başlanğıcına aid mənbələrin birində deyilir ki, Cənubi Qafqazda Rusiay tərəfindən işğal olunmazdan əvvəlki dövrdə ,demək olar ki, “bütün şəhərlərdə evlər tikilərkən onların gözəlliyinə, düzgünlüyünə, məqsədəuyğun şəkildə tikilməsinə diqqət verilmirdi”.
Sənətkarların evlərindəki otaqlardan biri emalatxana və ya dükan üçün ayırlırdı. Bu cür evlər Yaxın Şərqin başqa orta əsr evlərindəki evlərdən fərqlənmirdi…
F.Əliyev, Ü.Hüseynov “İrəvan xanlığı” (Bakı, 2007) kitabından