Yanvarın 19-da Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Rusiyada akkreditə olunmuş MDB iştirakçı dövlətlərinin səfirləri ilə ənənəvi görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
AZƏRTAC Rusiya XİN mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə MDB İcraiyyə komitəsinin sədri – icraçı katibi Sergey Lebedev də iştirak edib.
Görüş zamanı 2021-ci ildə Birlik formatında çoxplanlı əməkdaşlığın əsas nəticələrinə yekun vurulub, MDB-də xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi perspektivi vurğulanmaqla əsas vəzifələr planlaşdırılıb.
Görüşdə, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva