Moskvada Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin V.Putinin yeni prezidentlik dövrünə başladığını elan edib. Bundan sonra V.Putin prezident nişanını qəbul edib və and içib.
Böyük Kreml sarayında təşkil olunan mərasimdə 5 mindən çox insan iştirak edib. Vladimir Putin rusiyalılara müraciətlə nitq söyləyib. O, xalq və Rusiya qarşısında üzərinə düşən böyük məsuliyyəti dərk etdiyini, ölkənin tərəqqisi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Xatırladaq ki, bu, Vladimir Putinin dördüncü prezidentlik dövrüdür. O, ilk dəfə Rusiya Federasiyasının başçısı vəzifəsinə 2000-ci ildə seçilmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









