
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına zavodun layihəsi barədə məlumat verdi.
Bildirildi ki, əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidlənmə və qablaşdırma zavodu ABŞ şirkəti ilə birgə layihələndirilib və avadanlıqla təchiz edilməsi üçün müqavilə bağlanıb. İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb.
Qeyd edildi ki, ümumilikdə 2 min hektar bağdan ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulub. Eyni zamanda, qoz növləri üzrə tingçilik təsərrüfatı yaradılıb. Məhsulların yığılma və qurudulma vaxtı 40 gündür. Qoz məhsulunun qurudulması üçün nəzərdə tutulmuş 80 metal qutunun həcmi 400 tondur.
Məlumat verildi ki, zavodda ilkin olaraq 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev yeni zavodun təməlini qoydu.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









