Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, zəlzələ fevralın 15-də yerli vaxtla saat 11.25-də Saatlı seysmoloji stansiyasından 15 kilometr şimal-şərqdə Sabirabad ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,9 bal olub.
Zəlzələ 3 bala qədər hiss olunub.