
44 günlük Vətən müharibəsində, antiterror əməliyyatlarında həlak olmuş salyanlı şəhidlər haqqında “Yaşamaq gözəldir, Vətən sağ olsun” kitabının təqdimat mərasimi keçirilib.
“Report”un Aran bürosunun məlumatına görə, mərasim şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
Müəllifi yazıçı-publisist Təyyar Nəsirli olan kitab 364 səhifədən ibarətdir.
Kitabda biri Aprel döyüşləri şəhid olmaqla Vətən müharibəsində və antiterror əməliyyatlarında canlarını qurban vermiş 70 şəhiddən bəhs edilir.