Sammit şəhərlərində baş verənlər…
Əsası 1975-ci ilin yayında Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi kimi qoyulan ATƏT ötən iyirmi beş il ərzində qitəmizin ən mötəbər beynəlxalq təşkilatına çevrilib. O, hazırda hütün bəşəriyyət üçün ən önəmli olan Avropada təhlükəsizük və əməkdaşlıq problemlərini həll etmək kimi şərəfli bir missiyanı öz üzərinə götürüb.
Yarandığı vaxt Avropanın 33 dövlətinin, habelə ABŞ və Kanadanın iştirak etdikləri ATƏT-in nüfuzu getdikcə güclənib və hazırda onun üzvlərinin sayı 54-dür. 90-cı illərin əvvəlində SSRİ-nin dağılması nəticəsində yaranmış yeni müstəqil dövlətlərin bir çoxu, o cümlədən Azərbaycan Respublikası da (1992) ATƏT-ə daxil olub.
Azərbaycan müstəqil dövlət kimi 1994-cü ildən bu mötəbər təşkilatda fəal iştirak edir. Respublikamızın Prezidenti Heydər Əliyev 1994-cü və 1996-cı illərin dekabrında ATƏT-in Budapeşt və Lissabon zirvə görüşlərində dövlətimizi təmsil edib. Azərbaycan Prezidentinin ATƏT-ə daxil olan digər ölkələrin dövlət və hökumət başçılarının, nümayəndə heyətləri ilə birlikdə, bərabər hüquqda bu toplantılarda iştirakı, ardıcıl, məqsədyönlü və qətiyyətli isi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin bütün dünyaya çatdırılmasında, münaqişənin həlli prinsiplərinin müəyyən edilməsində mühüm rol oynayıb.
Bu gün, təəssüf ki, ATƏT-in, digər beynəlxalq təşkilatların göstərdikləri səylərə baxmayaraq dünyanın, eləcə də Avropanın bir çox regionlarındakı münaqişə ocaqları hələ də sönməyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də belələrindəndir.
1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş zirvə görüşündə Prezident Heydər Əliyevin səyi və təşəbbüsü ilə ATƏT-in Minsk konfransı həmsədrlərinin institutu yaradılıb ki, bu da vasitəçilərin fəaliyyətində əlaqəsizliyi, paralelliyi aradan qaldırmağa imkan verib və ATƏT üzvü olan dövlətlərin münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş səylərinin əlaqələndirilməsi mexanizmini nizama salıb. ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammitinin nəticələri Azərbaycan diplomatiyasının böyük nailiyyəti olub. Zirvə görüsündə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və əzmkarlığı sayəsinda ATƏT Sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişasinin həllinə dair qəbul edilmiş bəyanatında Azərbaycanın ərazi bütövlüyü prinsipi dəstəklənib, ATƏT-in üzvü olan 54 ölkədən 53-ü bu qərarın lehinə, yalnız Ermənistan əleyhinə səs verib.
ATƏT-in Budapeşt sammiti -4-6 dekabr 1994-cü il
1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) zirvə görüşü keçirilib. Bu, ATƏM yarandıqdan sonra dövlət rəhbərlərinin dördüncü görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüş olub.
Budapeşt Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu.
ATƏT-in Lissabon sammiti – 2-4 dekabr 1996-cı il
1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. Ermənistan Respublikası istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu prinsiplər aşağıdakılardır:
– Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü,
– Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi,
– Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.
ATƏT-in İstanbul sammiti 18-19 noyabr 1999-cu il
1999-cu il noyabrın 18-19-da dost və qardaş Türkiyənin qədim İstanbul şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təskilatının (ATƏT) yola salmaqda olduğumuz yüzillikdə sonuncu zirvə görüşü keçirildi.
Respublikamızın rəhbərinin ATƏT-in Istanbul sammitinə yola düşərkən hava limanında jurnalistlərə müsahibəsində dediyi kimi, ölkəmizin nümayəndə heyəti bu zirvə görüsünə də Azərbaycanın mənafelərini qorumaq və bununla bağlı məsələlərin həyata keçirilməsinə nail olmaq niyyəti ilə getmişdi. Tarixə ―İstanbul zirvə görüsü” adı ilə düşəcək bu sammitin Türkiyədə keçirilməsi qardas ölkənin bütün dünyada yüksək nüfuzunun daha bir təsdiqi olmaqla yanaşı, Türkiyə Respublikası, ümumən türkdilli xalqlar üçün cox böyük, əlamətdar hadisəyə çevrildi.
ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçıları öz çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasından narahatlıq ifadə etdilər və sülhyaratma prosesində səyləri artırmağa çağırdılar. Eyni zamanda natiqlər münaqişə tərəflərini təmsil edən dövlət başçılarının ikitərəfli görüşlərinin zərurililiyini qeyd edərkən dialoqu dəstəklədiklərini bildirdilər. Sammit iştrakçıları tərəfindən qəbul edilmiş İstanbul bəyannaməsinin ayrıca bir bəndi münaqişənin həlli məsələlərinə həsr olunmuşdur. Həmin bənd ATƏT-in Minsk qrupu həmsədrlərinin fəalyyəti qiymətləndirilməklə yanaşı, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşlərinin bu münaqişənin sülh yolu ilə həlli prosesini dinamikləşdirdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
ATƏT sammiti ərəfəsində, noyabrın 17-da Qara dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş zirvə görüşü region dövlətlərinin əməkdaşlığının genişləndirilməsi işinə yeni təkan verdi.
Sammit günlərində ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Bakı-Ceyhan əsas ixrac neft kəməri haqqında tarixi sazişin və Transxəzər qaz kəməri haqqında sənədin imzalanması Azərbaycanın həqiqətən də XXI əsrə böyük siyasi və iqtisadi perspektivlərlə qədəm qoyduğunu göstərir.
İstanbul sammiti çox böyük hadisə, siyasi sarsıntılar və təlatümlərlə zəngin olan XX əsrin siyasi tarixində, şübhəsiz ki, xüsusi yer tutacaqdır. ATƏT-in zirvə toplantısında Avropanın və dünyanın gələcəyi üçün mənası və əhəmiyyəti çox böyük olan tarixi qərarlar qəbul edildi, mühüm sənədlər imzalandı.
ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti yoxsa “fəaliyyəti”?
ATƏT-in Minsk Qrupu ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin bu təşkilatın prinsipləri əsasında sülh yolu və danışıqlar vasitəsi ilə həlli üçün yaradılıb. 1997-ci ildən ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi bu qrupun qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə birbaşa iştirak etməkdir. Ancaq Minsk Qrupu 22 illik həmsədrlik institutu formatı çərçivəsindəki “fəaliyyət”i dövründə ATƏT-in prinsiplərinə əməl etməyib.
Hazırda Minsk Qrupu münaqişənin həllinə töhfə verəcək bir addım atmayıb. Bir qədər arxaya qayıtsaq görərik ki, həmsədr ölkələrin nümayəndələri indiyə kimi həm Azərbayca, həm də Ermənistana dəfələrlə səfərlər edib. Hər iki ölkənin dövlət başçıları, Xarici işlər nazirləri və prezidentlərin Dağlıq Qarabağ münaqişəsi üzrə nümayəndələri ilə görüşüblər. Bir sözlə, onların səfərləri kağız üzərindəki protokol qaydalarından başqa bir şey olmayıb.
Prosesləri izləyən ekspertlər, millət vəkilləri, hökümət və dövlət adamlarımız da dəfələrlə bəyan ediblər ki, Minsk qrupu əslində fəaliyyəti ilə yox, fəaliyyətsizliyi ilə onlara olan etimadı və inamı itib.
Aynur Hüseynova
1905.az