Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanın birgə yaydığı bəyanatı alqışlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
“Saxlanılanların azad edilməsini və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi “Brüssel prosesi”nin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.
İndi isə liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – deyə Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb.

















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









