Prezident Ərdoğan: Qardaşım İlham Əliyevə öz adımdan və bütün türk xalqı adından xüsusi minnətdarlığımı bildirirəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına ölkəmizin töhfəsinə görə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova xatirə plaketi təqdim edib.