Parisdə Ermənistanın təcavüzünün qurbanı olmuş azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi açılıb
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Baku Network” Analitik Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş 14 jurnalistin fotoşəkillərindən ibarət sərgi təşkil edilib.