Göyçayda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Göyçay şəhər Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, YAP rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.