Elxan Süleymanov: “Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənsə, bunun ciddi nəticələri ola bilər”
Bakı. Məlahət Nəcəfova – APA. AŞPA Sosial Məsələlər Komitəsinin noyabrın 23-də Parisdə keçiriləcək iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə təklifi müzakirəyə çıxarılacaq və səsə qoyulacaq.