QHT Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələri elan edib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələri elan edib. AZƏRTAC xəbər verir ki, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2025-ci il noyabrın 25-də başlanılıb.