Dünən gecə Şuşanı göstərmişdilər. Adı yerə yıxılmışdı… Səhər içimdə düyünlənmiş özümə və özümkimilərə nifrətlə oyandım. Beynim uğuldayırdı. Bütün gecəni Şuşanın yerə yıxılmış adını qaldırmağa cəhd etmişdim. Alınmamışdı… Hiss edirdim ki, qollarım qalxmır. Lövhə ağır idi. Ya da qəsdən qalxmırdı… Xatirələrim o yerləri varaq-varaq qarşıma sərirdi…
Kütləvi informasiya vasitələrində verilən məlumata əsasən, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “parlamenti”nə 2015-ci il mayın 3-də qurama “seçki”lər keçirilib. Bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.
“İşğal olunmuş ərazilərdə keçirilən seçkilər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”