Prezident İlham Əliyev: “Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib”
“Azərbaycanın enerji resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib”.
“Azərbaycanın enerji resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib”.
Şuşa Şəhər Tarix Muzeyinin yaradılması ideyası 1967-ci ilə təsadüf edir. Həmin dövrdə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Arif Ağakişiyev tərəfindən belə bir muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi qarşısında qaldırılır və ideya müsbət qarşılanır. Az müddətdən sonra muzeyin yaradılmasına start verilir. Bu müddət ərzində paralel olaraq əhali arasında elan verilir və sakinlərdən könüllü şəkildə … Continue reading Şuşa Şəhər Tarix Muzeyi
Dəyanət Musayev 1980-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Elə həmin tədris müəssisəsində “Azərbaycan tarixinin tədrisində interaktiv metodlardan istifadənin imkanları” mövzusunda dissertasiya müdafiə edib. Pedaqoji elmlər üzrə fəlsəfə doktorudur.
Aprelin 30-da Bakıda “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın–virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimatı olub. Hər iki film Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanıb.
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri”ni pisləyən bəyanat yayıb.
Rəssam Aygün İlyasova 1994-cü ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət Universitetinin rəssam dizayner fakultəsinin 3-cü kurs tələbəsidir. Müxtəlif beynəlxalq sərgi və müsabiqələrin iştirakçısıdır.