Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullah atası – İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.